Naxçıvanda təbiətə qayğı göstərilir

Ekoloji təhlükəsizliyin təmin olunmasında yaşıllıqların artırılması və qorunub saxlanılması mühüm əhəmiyyət daşıyır. Torpaq, yurd sevgisinin, ətraf mühitə və təbii sərvətlərə qayğının daha bir ifadəsi olan bu tədbirlər hər il muxtar respublikada davam etdirilir. Bu ilin yaz əkin mövsümündə də muxtar respublika ərazisində 317 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb. İyunun…

Naxçıvanda çimərlik mövsümünə hazırlıq görülür

İsti yay günlərində əhali istirahətə daha çox ehtiyac duyur. Ona görə də muxtar respublikada mövcud təbii imkanlardan səmərəli istifadə olunur, sakinlərin və turistlərin istirahətinin təşkili üçün müvafiq tədbirlər görülür. Yeni xidmət sahələri və istirahət guşələri istifadəyə verilir, çimərliklər yaradılır. İyunun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Uzunoba Su Anbarındakı çimərlik zonasına gəlib,…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Mayın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb. Ali Məclisin Sədri qonağı salamlayıb, ölkəmizdəki diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb. Ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdiyini bildirən Ali Məclisin Sədri bunun tərkib hissəsi kimi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Hindistan arasında tütünçülük, əczaçılıq və…

“Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflərin təqdimatı olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2019-cu il mayın 16-da “Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb, Tədbirlər Planı təsdiq edilib. Mayın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Duzdağ” Fizioterapiya Mərkəzinin 40 illik yubileyi münasibətilə təltiflər təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikasının…

Naxçıvanda iftar süfrəsi açılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Orucluq mərasimləri hər il cəmiyyətimizdə humanizmin, birlik və bərabərliyin təntənəsinə çevrilir”. Muxtar respublikada da Ramazan ayı, orucluq mərasimləri mənəvi dəyərlərimizə uyğun keçirilir. Bu müqəddəs ayın zənginlikləri yaşadılır, insanlar saf dini ideyalar ətrafında həmrəy olurlar. Mayın 21-də Naxçıvan şəhərində iftar süfrəsi açılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub

Mayın 21-də Azərbaycan Respublikası medallarının, Naxçıvan Muxtar Respublikasının fəxri adının və Azərbaycan Respublikası Prezidentinin mükafatının təqdimat mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları təbrik edərək deyib: Bu gün Azərbaycanda möhkəm dövlətçilik vardır. Ümummilli liderimiz Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik ənənələri ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bunun da nəticəsində ölkəmizdə…

Culfa-Ordubad avtomobil yolunun tikintisi davam etdirilir

Bu gün muxtar respublikada yol təsərrüfatının inkişafına diqqət artırılır. Qurulan müasir yollar iqtisadiyyatın şaxələndirilməsinə, yaşayış məntəqələrinin və turizmin inkişafına töhfə verir. Ölkə Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq hazırda Culfa-Ordubad magistral avtomobil yolu da yenidən qurulur. Mayın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avtomobil yolunda görülən işlərlə maraqlanıb. Məlumat verilib ki, yolun 18…

Dövlət qurumları yeni binada fəaliyyət göstərəcək

Mayın 14-də Ordubad şəhərində dövlət qurumları üçün yeni bina istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, bina 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Ordubad rayon şöbəsi, Ordubad Rayon Qeydiyyat Şöbəsi, ikinci mərtəbədə Ordubad Şəhər İnzibati…

Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binası istifadəyə verilib

Muxtar respublikanın davamlı sosial-iqtisadi inkişafı Ordubad rayonunu yeni inkişaf mərhələsinə çıxarıb. Qədim Ordubad şəhəri bu gün həm də müasirliyi ilə diqqəti cəlb edir. Rayon mərkəzində və kəndlərdə aparılan geniş quruculuq işləri ulu öndər Heydər Əliyev ideyalarının bəhrələridir. Yaşayış səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılması Ordubadda məskunlaşmanın və əhali sayının artmasına səbəb olub. Bu il də…

Daxili Qoşunların gənc əsgərləri and içiblər

Daxili Qoşunların Naxçıvan Əlahiddə əməliyyat birqadasında gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib. Mərasimə hazırlıq barədə raport verildikdən sonra Hərbi hissənin döyüş bayrağı sıra meydanına gətirilib. Mərasim ümummilli lider Heydər Əliyevin və Azərbaycan torpaqlarının azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra  gənc əsgərlər hərbi and içiblər.…