Yuxarı Buzqov kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib
Oktyabrın 15-də Yuxarı Buzqov kənd tam orta məktəbinin yeni binasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, binada 2-si elektron lövhəli olmaqla 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı və kitabxana vardır. Kompüter otağında yeni kompüterlər quraşdırılıb…