“Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi bildirir ki, Bakı şəhərində və Azərbaycan Respublikasının digər bölgələrində yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi yaşayış qeydiyyatında olan sakinlər istifadə müddəti bitmiş, itirilmiş, yararsız hala düşmüş şəxsiyyət vəsiqələrini dəyişmək və yaxud yeni şəxsiyyət vəsiqəsi ilə əvəz etmək üçün 21 sentyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək (Bazar günləri və bayram günləri istisna olmaqla) Bakı şəhəri, Rəşid Behbudov küçəsi-130 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərəcək Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşlarına müraciət edə bilərlər.

Sakinlərdən sentyabr ayının 19-dan etibarən aşağıdakı telefon nömrələri vasitəsilə əvvəlcədən növbə götürmələri xahiş olunur:

Tel:(012) 590-64-43, 590-64-31″.