Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransı keçirilmişdir

Dekabrın 7-də Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransı keçirilmişdir. Konfrans iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuş, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər. Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla tanışlıqdan sonra abidə önündə xatirə şəkli çəkdirilmişdir. Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən konfransda Naxçıvan Muxtar Respublikası…

Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransının iştirakçılarına

Hörmətli müəllimlər! Sizi – Naxçıvan Muxtar Respublikasının müəllimlərini səmimi qəlbdən salamlayır, konfransa öz işində uğurlar arzulayıram. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə müəllim əməyinə daim yüksək qiymət vermiş, təhsilin inkişafını diqqətdə saxlamış, Azərbaycan müəllimi ölkəmizin ziyalı təbəqəsinin aparıcı qüvvəsinə çevrilmişdir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də bu siyasət uğurla…

Ağbulaq Xizək Mərkəzinin tikintisi davam edir

Dekabrın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ağbulaq Xizək Mərkəzində aparılan tikinti işləri ilə tanış olub. Fransanın “MND” şirkətinin mühəndisi Xavier Goya layihə üzrə görülən işlər barədə Ali Məclisin Sədrinə məlumat verib. Qeyd olunub ki, Ağbulaq kəndi dağ-xizək turizminin inkişafı baxımından ideal yerdir. Xizək mərkəzinin yaradılmasına 2018-ci ilin iyul ayından başlanılıb və…

Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Şahbuz rayonunun Ağbulaq kəndində kənd turizm-istirahət bölgəsinin yaradılması istiqamətində tədbirlər görülür. Dekabrın 5-də Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı münasibətilə tədbir iştirakçılarını…

İdmançılarımızdan uğurlu nəticə

Bakı şəhərində Azərbaycan Respublikası Daxili İşlər orqanlarının əməkdaşları arasında sərbəst güləş üzrə yarış keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idmançıları da mübarizə aparıblar. Şəxsi və komanda yarışında idmançılarımız uğurlu nəticə əldə ediblər. Belə ki, çempionatda ən uğurlu nəticəni 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəşid Sadiqov qazanıb. O, bütün rəqiblərinə qalib gələrək qızıl…

Qazançı körpüsü tarixi-memarlıq abidəsi bərpa olunub

Yaxın Şərqin qədim ticarət mərkəzlərindən biri olan və Böyük İpək Yolunun üzərində yerləşən Naxçıvandakı körpülər tarixi-mədəni irsimizin bir parçasıdır. Karvan yollarını birləşdirən qədim körpülər memarlıq quruluşu və mühəndislik texnikası ilə seçilib, xalqımızın mədəni inkişafının göstəricisinə çevrilib. Muxtar respublikada tarixi abidələrin bərpası sahəsində görülən işlər qədim memarlıq abidələri olan körpüləri də əhatə edib. Noyabrın 30-da Qazançı…

Qazançı kəndində mərasim evi tikilib

Muxtar respublikanın kəndlərində quruculuq işləri aparılarkən sakinlərin rahatlığının təmin olunması vacib amil kimi götürülür. Mərasim evlərinin tikilməsi də bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Noyabrın 30-da Qazançıda mərasim evi də istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, əvvəllər kənddə yas mərasimlərinin keçirilməsində müəyyən çətinliklər yaranırdı. Lakin…

Qazançıda xidmət mərkəzi istifadəyə verilib

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qazançı kəndində xidmət mərkəzinin də açılışını edib. Məlumat verilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları və anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, 5 sakin işlə təmin olunub. Ərzaq mağazasında əsasən yerli məhsullar satışa…

Kənddə müasir həkim ambulatoriyası fəaliyyətə başlayıb

Noyabrın 30-da Qazançı kəndində həkim ambulatoriyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb. Bildirilib ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriya 12 otaqdan – baş həkim, stomatoloq üçün kabinə, fizioterapiya kabinəsi, palata, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat, aptek, mama, tibb bacısı və feldşer otaqlarından…

Qazançı Kənd Mərkəzi istifadəyə verilib

Noyabrın 30-da Qazançı kənd mərkəzinin açılışı olub. Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal yerləşir. Kitabxanada…