Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümü qeyd olunub

Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümünü qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasından 97 il ötür. Naxçıvanın qədim və zəngin dövlətçilik tarixi vardır. 5-7 minillik şəhərsalma mədəniyyətinə malik olan Naxçıvanda yeddinci əsrdə müstəqil idarəçilik formalaşmış, onuncu əsrdə Naxçıvan Şahlığı feodal…

Qərargah binası, təlim meydanı və Türkiyə-Naxçıvan Dostluq Parkı istifadəyə verilib

Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün istifadəyə verilən yeni qərargah binasında və Türkiyə-Naxçıvan Dostluq Parkında yaradılan şəraitlə tanış olub. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib. Məlumat verilib ki, ümumi sahəsi 3600 kvadratmetr olan ərazidə inşa edilən 3 mərtəbədən ibarət…

Naxçıvanda Vətən müharibəsi iştirakçıları ilə görüş olub
Yeni yaradılan hərbi hissələrə döyüş bayraqları təqdim edilib

Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vətən müharibəsi iştirakçıları ilə görüşüb, yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarını təqdim edib. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov şəxsi heyəti salamlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordu…

Ordubad Cümə məscidi bərpa olunur

Muxtar respublikada dini-mədəni dəyərlərimizə qayğı ilə yanaşılır, ziyarətgahlar və qədim məscidlər bərpa olunur. Ordubad şəhərindəki qədim Cümə məscidində də bərpa işləri aparılır. Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpası ilə maraqlanıb. Məlumat verilib ki, məscidin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə əks etdirir. Bərpa…

Yuxarı Əndəmic kəndində xidmət mərkəzi üçün lazımi şərait yaradılıb

Həmin gün yeni xidmət mərkəzinin də açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində yaradılan şəraitlə tanış olub. Məlumat verilib  ki, mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi yeri və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 sakin işlə təmin olunub.…

Yuxarı Əndəmic kənd həkim ambulatoriyası müasir səhiyyə ocağına çevrilib

Bu gün ölkəmizdə səhiyyənin inkişafı dövlət siyasətinin əsas istiqamətini təşkil edir. Muxtar respublikamızda da müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. İnsan amilinə verilən dəyərin ifadəsi olan bu tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edir, yeni səhiyyə ocaqlarının inşası insanların sağlamlığının qorunması üçün geniş imkanlar açır. Fevralın 5-də Yuxarı Əndəmic…

Yuxarı Əndəmic kəndində dövlət qurumları müasir binada fəaliyyət göstərəcək

Fevralın 5-də Yuxarı Əndəmicdə yeni kənd mərkəzinin açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, mədəniyyət evi, statistika otağı, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal vardır.…

Qədim su dəyirmanı bərpa olunub

Muxtar respublikada tarixi-mədəni irsimiz kimi qorunub-yaşadılan su dəyirmanları bu torpaqda taxılçılığın inkişafından xəbər verir. Su dəyirmanlarının Naxçıvana məxsus adət-ənənələrin yaranmasında da böyük rolu vardır. Hazırda muxtar respublikada su dəyirmanlarının yenidən bərpa olunması tarixi mirasımıza, adət-ənənələrimizə göstərilən diqqətin davamı olmaqla yanaşı, həm də insanların sağlam həyat tərzinə hesablanıb. Fevralın 5-də Ordubad rayonunun Nüsnüs kəndində su dəyirmanı…

Müasir kənd yolları inkişafın göstəricisidir

Fevralın 5-də Yuxarı Əndəmic-Nüsnüs kənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, 11 kilometrlik yola asfalt örtük salınıb. Tikinti işləri aparılarkən yolun üzərində 228 su keçidi qoyulub, 2261 metr beton su kanalı çəkilib, 1 yeni körpü tikilib, 1-i isə təmir edilib.

Yeni xidmət mərkəzi ailə təsərrüfatları üçün də geniş imkanlar açır

Həmin gün Nüsnüs kəndində yeni xidmət mərkəzinin də açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi yeri və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 sakin işlə…