V.Y.Talıbovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Vasif Yusif oğlu Talıbov “Şərəf” ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 yanvar 2020-ci il

Darkənd su dəyirmanı yenidən qurulub

Naxçıvanda tarixən su dəyirmanlarından geniş istifadə olunub. Ruzi-bərəkət rəmzi kimi məişət mədəniyyətimizin ayrılmaz parçası olan su dəyirmanları həm də taxılçılığın inkişafının təzahürüdür. Taxılın su dəyirmanlarında üyüdülməsi ilə bağlı yaranan adət-ənənələr onun əhəmiyyətini bu günədək qoruyub saxlayıb. Hazırda muxtar respublikada su dəyirmanlarının yenidən bərpa olunması tarixi mirasımıza, adət-ənənələrimizə göstərilən diqqətin davamı olmaqla yanaşı, həm də insanların…

Dəstə Radio-Televiziya Verici Stansiyasının yeni binası istifadəyə verilib

Yanvarın 13-də Dəstə Radio-Televiziya Verici Stansiyasının yeni binasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, binada yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, iki mərtəbədən ibarət bina 8 otaqdan ibarətdir. Birinci mərtəbədə transmissiya, generator və elektrik otaqları, ikinci mərtəbədə isə 2 baza stansiyası, nəzarətçi və teleradio vericiləri otaqları yerləşir.…

Xidmət Mərkəzində 9 sakin işlə təmin olunub

Vənənd kəndində xidmət mərkəzi də istifadəyə verilib. Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib, mərkəzin fəaliyyəti ilə maraqlanıb. Bildirilib ki, xidmət mərkəzində gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, eləcə də 3 anbar yerləşir. Mərkəzdə 9 nəfər işlə təmin olunub. Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş…

Xanağa-Ağrı-Dizə-Vənənd kənd avtomobil yolu yenidən qurulub

Yanvarın 13-də Ordubad rayonunun Xanağa-Ağrı-Dizə-Vənənd kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Bildirib ki, Vənənd kəndində kompleks tikinti işləri aparılarkən 10,7 kilometrlik yol da yenidən qurulub. Tikinti işləri zamanı bütün mühəndis texniki tələblərə əməl edilib, yol yatağı genişləndirilərək asfalt örtük salınıb,…

Vənənddə dövlət qurumları müasir kənd mərkəzində fəaliyyət göstərəcək

Yanvarın 13-də Vənənddə yeni kənd mərkəzinin də açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra binada yaradılan şəraitlə tanış olub. Bildirilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, mədəniyyət evi, o cümlədən Yeni Azərbaycan Partiyası Vənənd…

Kənddə tibbi xidmətin səviyyəsi yüksəlib

Yanvarın 13-də Vənənd kənd həkim ambulatoriyasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, ambulatoriyada səhiyyə xidmətinin təşkili ilə maraqlanıb. Məlumat verilib ki, ambulatoriya 11 otaqdan – baş həkim, stomatoloq üçün kabinə, palata, tibb bacısı, fizioterapiya, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat, aptek və texniki otaqdan ibarətdir. Ambulatoriyaya stomatoloji qurğu, doğuş…

Vənənd kənd Uşaq-Musiqi məktəbinin açılışı olub

Muxtar respublikada gənc nəslin təhsili ilə yanaşı, onların istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində də ardıcıl tədbirlər görülür. Uşaq-musiqi məktəbləri üçün yeni binaların tikilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Yanvarın 13-də Vənənd kənd Uşaq-Musiqi məktəbinin yeni binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən…

Naxçıvan inkişafın müasir mərhələsində

Ordubad rayonunun Vənənd kəndində yeni sosial obyektlər istifadəyə verilib Ölkə Prezidenti cənab İlham Əliyev deyib: “Naxçıvan Muxtar Respublikasının inkişafı daim diqqət mərkəzindədir. Respublikada gedən abadlıq-quruculuq işləri məni çox sevindirir. Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir”. Azərbaycan dövlətinin inkişaf…

3-cü Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

Yanvarın 8-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 3-cü Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib. Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib. Bildirilib ki, 3-cü Sərhəd…