Naxçıvanda Bursa Dövlət Simfonik Orkestrinin konserti olub

Mayın 3-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Türkiyə Respublikasının Bursa Dövlət Simfonik Orkestri ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bursa Dövlət Simfonik Orkestrinin konsertində olub. Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Nətavan Qədimova çıxış edərək deyib ki, Naxçıvan Muxtar…

Gənc polislər ilk dəfə and içiblər

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin sıravi və kiçik rəis heyəti hazırlayan məktəbinin məzunları üçün andiçmə mərasimi keçirilib. Məktəbin ilk hazırılıq kursunu 16 nəfər gənc polis əməkdaşı bitirib. Dövlət Bayrağı Muzeyində keçirilən mərasimdə nazirliyin şöbə rəisi, polis polkovnik-leytenantı Rəşad Seyidov, məktəbin rəisi, polis polkovniki Vahid Qarayev çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar…

Naxçıvan muzeyləri ziyarət olunub

Ötən şənbə günü Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının əməkdaşları “Əlincəqala” Muzeyi və tarixi abidəsini ziyarət ediblər. Məlumat verilib ki, muzey binası 2 iş otağı və ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında  Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı…

Naxçıvanda Duz Muzeyi istifadəyə verilmişdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il sentyabrın 12-də “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncam imzalamışdır. Ötən müddətdə sərəncamın icrası istiqamətində tədbirlər görülmüş, “Duzdağ” otelində Naxçıvan Duz Muzeyi yaradılmışdır. Aprelin 25-də Naxçıvan Duz Muzeyi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin…

Polis əməkdaşları arasında keçirilən birincilikdə qaliblər müəyyənləşib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idman tədbirlərinin təqvim planına əsasən daxili işlər orqanlarının əməkdaşları arasında sərbəst güləş üzrə birincilik keçirilib. Yarışdan bir gün öncə Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında yarış iştirakçıları və məşqçilər üçün seminar təşkil edilib. Seminarda çıxış edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov yeni qaydalar haqqında idmançıları…

Ali Məclisin Sədri sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 23-də Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Həmin sərəncamla Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılıb. Sərəncamda Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin…

Qələbən, andın mübarək, AZƏRBAYCAN!

Budur, Azərbaycanın ən yeni tarixinin daha bir parlaq səhifəsi vərəqlənir. Prezident cənab İlham Əliyevin əlini ali qanunumuza və Qurani-Şərifə basaraq and içməsi ilə xalqımız öz taleyini və gələcəyinin daha 7 ilini ulu öndər Heydər Əliyevin siyasi kursuna etibar etdi. Bəli, bu, həmin Azərbaycandır. Min illər bundan əvvəl bəşər sivilizasiyasının ilkin közərtiləri bu torpaqda alovlanmış, Qobustanda,…

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni inzibati binası istifadəyə verilib

Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni inzibati binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov çıxış edərək deyib ki, muxtar respublikada yol infrastrukturunun idarəçiliyi sistemi böyük inkişaf yolu keçib, yol təsərrüfatının yenidən qurulması istiqamətində…

Nehrəm İmamzadəsi bərpa olunub

Ümummilli liderimiz Heydər Əliyev “Yeni 2001-ci il, yeni əsr və üçüncü  minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə deyirdi: “Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. Bu…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib

Müstəqil Azərbaycanda demokratik seçki sisteminin yaradılması seçkilərin ədalətli və şəffaf şəraitdə keçirilməsinə, mövcud sabitlik və inkişaf isə insanların seçkilərdə fəal iştirakına imkan verir. Aprelin 11-i ölkəmizdə növbəti prezident seçkiləri günüdür. Muxtar respublikada seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb. 7 seçki dairəsi üzrə 292 açıq və 24 qapalı seçki məntəqəsi yaradılıb, məntəqələrdə veb-kameralar…