Xüsusi təyinatlı təhsil müəssisəsində ilk tədris ili başlanılıb

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin  Orta İxtisas Polis Məktəbində ilk tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunub. Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov yeni dərs ilinin və məktəbdə ilk dərs gününün başlanması münasibətilə kollektivi və kursantları Naxçıvan Muxtar Respublikası Ali Məclisi və muxtar respublikanın Daxili İşlər Nazirliyi adından təbrik…

Muxtar respublikada Bilik Günü qeyd olunub
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib

Sentyabrın 16-da muxtar respublikada Bilik Günü Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin yeni binasının istifadəyə verilməsi ilə qeyd olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikanın ali, orta ixtisas, ümumtəhsil məktəblərinin tələbə və şagirdlərini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri Bilik Günü münasibətilə təbrik edərək deyib: Təhsil hər bir…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre ilə görüşmüşdür. Ali Məclisin Sədri qonağı salamlamış, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı əlaqələrə diqqəti çəkmişdir. Birgə əməkdaşlığın nəticəsi kimi muxtar respublikada kəhrizlərin bərpası layihəsindən danışan Ali Məclisin Sədri 2011-ci ildə İsveçrə Konfederasiyasının…

Şəhərtipli müasir Badamlı qəsəbəsi
Badamlı qəsəbəsində avtomobil yolu və xidmət mərkəzi istifadəyə verilib

Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi olan müasir Badamlı qəsəbəsində şəhər infrastrukturu yaradılıb. Aparılan quruculuq işləri qəsəbəni yeni inkişaf mərhələsinə çıxarıb. Qəsəbədə yerləşən yaşayış binalarının və avtomobil yolunun yenidən qurulması, xidmət mərkəzinin və zavodun inşası yeni iş yerlərinin açılmasına, sakinlərin məşğulluğunun və rahat yaşayışının təminatına hesablanıb. Sentyabrın 11-də Şahbuz rayonunun Badamlı qəsəbəsində avtomobil yolu…

Badamlı mineral suyu müasir zavod kompleksində istehsal olunacaq

Sentyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Badamlı” Mineral Sular Zavodunun inşası ilə maraqlanıb. Bildirilib ki, zavodda və ikimərtəbəli inzibati binada əsas tikinti işləri başa çatdırılıb. Zavodun ərazisinə asfalt örtük salınmış, Badamlı suyunun mənbəyi yenidən qurulmuşdur. Su öz axını ilə zavoda veriləcəkdir. Xammal anbarı, istehsal və hazır məhsul sahələrindən ibarət olacaq zavodda…

Naxçıvanda Aşura mərasimi keçirilib

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Bizim mənəvi, islami dəyərlərimiz nəsillərdən-nəsillərə keçib, yaşayıb, bu günlərə gəlib çatıb. Bunlar bu gün də xalqımızın, millətimizin ən böyük mənəvi sərvətidir”. Bu gün muxtar respublikada dini-mənəvi dəyərlərimiz qorunub yaşadılır, İslam elmi cəhətdən öyrənilir və təbliğ edilir. Sentyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Cümə məscidində…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq diqqətdə saxlanılır, müşavirə keçirilir, aid qurumlara müvafiq tapşırıqlar verilir. Yaradılan şəraitdən səmərəli istifadəyə və qurulanların qorunub saxlanılmasına diqqət artırılır.…

Naxçıvan şəhərindəki məscid kompleksinin inşası davam etdirilir

Naxçıvanın qədim dövlətçilik tarixi, zəngin mədəniyyəti və müasir inkişaf səviyyəsi İslam dəyərlərinə münasibətdə də özünü göstərir. Bu gün muxtar respublikanın inkişafında milli və mənəvi dəyərlərimizə qayıdış xüsusi yer tutur. Yeni məscidlər tikilir, dini-tarixi abidələr və ziyarətgahlar bərpa edilir. Hazırda Naxçıvan şəhərində yeni məscid kompleksinin inşası da bu sahədə görülən işlərin tərkib hissəsidir. Sentyabrın 5-də Naxçıvan…

Polis əməkdaşları arasında voleybol birinciliyi keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında voleybol üzrə birincilik keçirilib. Nazirliyin idman cəmiyyətinin zalında keçirilən yarışda 14 komandanın 122 idmançısı mübarizə aparıb. İki gün davam edən birinciliyin həll­edici qarşılaşmasında Daxili Qoşunların komandası ilə Şərur Rayon Polis Şöbəsinin komandası üz-üzə gəlib. İlk seti 28:26 hesablı qələbə ilə başa vuran Şərur təmsilçisi sonrakı setlərdə bu…

1991-ci il 3 sentyabr
Naxçıvandan başlanan müstəqillik yolu

Xalqın, millətin taleyində dahi şəxsiyyətlərin, siyasi liderlərin müstəsna rolu vardır. Məhz həmin şəxsiyyətlər xilaskarlıq missiyasını uğurla həyata keçirmiş,  zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını vaxtında dərk edərək milli maraqları təmin etmiş, müdrik ideyaları millətin strateji inkişaf konsepsiyasına çevrilərək onun dünya miqyasında özünəməxsus yer tutmasına yol açmışdır. Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də…