Naxçıvan hərbi şəhərciyində Döyüş Şöhrəti Muzeyi və istirahət parkı istifadəyə verilib
İyunun 23-də Naxçıvan şəhərində açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muzeydə yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, muzeyin ümumi sahəsi 13 min kvadratmetrdir. Burada müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş 26 adda silah, texnika və qurğular – haubitsa, top və minaatanlar, hava hücumundan…