Naxçıvanda Vətən müharibəsi şəhidləri böyük ehtiramla qarşılanıb

Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq tariximizin şanlı səhifələrini yazan şəhidlərimizin xatirəsi əbədi yaşayacaqdır. Onların döyüş yolu, göstərdikləri şücaət və vətənpərvərlik hər zaman gənc nəsil üçün nümunə olacaqdır. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: “Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır”.…

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb

1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə müstəqil dövlətçiliyimizin bərpası istiqamətində mühüm tarixi qərarlar qəbul olunub. Həmin gün üçrəngli dövlət bayrağımız Naxçıvanda qaldırılıb. Dahi şəxsiyyətin rəhbərliyi ilə 1990-1993-cü illərdə muxtar respublika işğaldan qorunmaqla yanaşı, həm də ordu quruculuğu sahəsində mühüm işlər görülüb, müzəffər Azərbaycan ordusunun əsası…

Tabora yeni avtomobillər verilib

Muxtar respublikamızda müdafiə təhlükəsizliyinin və sabitliyin təmin olunması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi prioritet vəzifələr sırasındadır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri kimi, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasına da belə tədbirlərdən xeyli pay düşüb. Qeyd edək ki, adıçəkilən hərbi hissə böyük təşkilatlanma və inkişaf yolu keçib. Belə ki, 1995-ci il…

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir
Kəngərli rayonunda yeni qapalı suvarma şəbəkəsi qurulub

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Azərbaycanın kənd təsərrüfatı potensialı – torpaqlarımız, hava, su kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artırılmasına yönəldilməli, bundan səmərəli istifadə olunmalıdır”. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələri ilə yanaşı, kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanılır. Muxtar respublikada torpaq ehtiyyatlarından düzgün…

Vətən uğrunda canlarından keçənlər əbədi yaşayacaqlar

Sentyabrın 27-də ordumuz erməni təxribatının qarşısını almaq məqsədilə Vətən müharibəsinə başlamış və Azərbaycan 30 il işğal altında olan torpaqlarımızı azad edərək noyabrın 10-da böyük qələbə qazanmışdır. Bu tarixi qələbə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli milli ordumuzun şücaəti nəticəsində mümkün olmuşdur. Naxçıvan Muxtar Respublikasından olan igid oğullarımız da döyüşlərdə qəhrəmancasına mübarizə aparmışlar.…

Qarabürc kənd avtomobil yolu yenidən qurulub

Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarabürc kənd avtomobil yolunda aparılan yenidənqurma işləri ilə tanış olub. Bildirilib ki, 1,8 kilometrlik olan avtomobil yolu yenidən qurulub, asfalt örtük salınıb. Eyni zamanda 1,1 kilometr uzunluğundakı kənddaxili yollara qum-çınqıl qatı verilib. Tikinti aparılarkən yolun üzərində 27 su keçidi qoyulub, 1056 metr uzunluğunda beton su kanalı çəkilib.…

Xidmət mərkəzində 3 sakin işlə təmin olunub

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində görülən işlərlə də tanış olub. Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, ət satışı yeri və ərzaq malları mağazası yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 3 sakin işlə təmin olunub. Mağazada istehlakçıların gündəlik tələbatı nəzərə alınır, daha çox yerli kənd təsərrüfatı məhsullarının…

Qarabürc Kənd Mərkəzi fəaliyyətə başlayıb

Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarabürc Kənd Mərkəzində görülən işlərlə maraqlanıb. Məlumat verilib ki, Qarabürc Kənd Mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, baytarlıq məntəqəsi, polis sahə məntəqəsi, kitabxana, poçt bölməsi, klub və 38 yerlik zal yerlə­şir. Kitabxana fondunda 2 min 735 kitab vardır. Ali…

Şərur rayonunun Qarabürc kəndi müasir yaşayış məntəqəsinə çevrilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı, möhkəm təməl üzərində qurulmuş dövləti görürük. Bu gün dövlətimiz onun siyasəti əsasında uğurla inkişaf edir”. Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını davamlı inkişaf yoluna çıxarıb, yaşayış məntəqələri müasirliyə qovuşub. Kəndlərin inkişafına göstərilən qayğı,…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Baş Ombudsmanı ilə görüşüb

Noyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri qonaqları salamlayıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində göstərdiyi qardaşlıq dəstəyinə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına hörmət və ehtiramını bildirib. Həmçinin Ali Məclisin Sədri Türkiyənin İzmir şəhərində…