Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin təqdimatı olub

Ümummilli lider Heydər Əliyev Kamil Əliyev sənətinə yüksək qiymət verərək demişdir: “Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaq və çox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində öz yerini tutacaq”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 9 avqust tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Xalça Muzeyinə Xalq rəssamı, professor Kamil Əliyevin adı verilmişdir.…