Naxçıvanda payızlıq taxıl əkini ilə bağlı səyyar müşavirə keçirilib

Ümummilli lider Heydər Əliyev demişdir: “Taxılçılıq kənd təsərrüfatının əsas sahələrindən biridir. Biz taxıl istehsalını ilbəil artırmalıyıq… Taxılçılığı əsas sahə hesab edərək bu işlə daha ciddi, yorulmadan məşğul olmalıyıq”. Muxtar respublikada taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, onların keyfiyyətli toxum sortları və texnikalarla təminatı, istehsal edilən taxılın sərfəli qiymətlərlə qəbulu əkin sahələrinin ilbəil genişləndirilməsinə, məhsuldarlığın artırılmasına səbəb…