Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2018-ci ilin yanvar ayında bir sıra qərarlar qəbul edib.

Nazirlər Kabinetinin 2018-ci il 6 yanvar tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”, “Naxçıvan Muxtar Respublikasının daxili işlər orqanları əməkdaşlarının attestasiyasının keçirilməsi Qaydası”, “Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”, 12 yanvar tarixli qərarları ilə “Naxçıvan Muxtar Respublikasında baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”, “Аvtоmоbil Yоllаrı” Məqsədli Büdcə Fоndunun vəsаitinin muхtаr rеspublikа ərаzisində ümumi istifаdədə оlаn rеspublikа və yеrli əhəmiyyətli аvtоmоbil yоllаrının sахlаnmаsı və istismаrı üçün хərclənməsi Qаydаlаrı” və 16 yanvar tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində Distant Təhsil Mərkəzi haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir.

Nazirlər Kabinetinin 2018-ci il 17 yanvar tarixli qərarları ilə “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə, “Naxçıvan Muxtar Respublikasında sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda, “Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin Naxçıvan Muxtar Respublikasından müvəqqəti ixracı Qaydası”nda, “Mədəni sərvətlərin idxalı, ixracı və Naxçıvan Muxtar Respublikasından tranzitlə keçirilməsi Qaydası”nda dəyişikliklər edilmiş və Naxçıvan Muxtar Respublikasında peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləği təsdiq edilmişdir.

Bununla yanaşı, Nazirlər Kabinetinin 2018-ci il 19 yanvar tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası” təsdiq edilmiş, 25 yanvar tarixli qərarı ilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri müəyyən edilmişdir. Həmçinin Nazirlər Kabinetinin eyni tarixli digər qərarları ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisastəhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi və müəllimlərin müsabiqə yolu ilə işə qəbulunun aparılması haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 25 dekabr tarixli 150 nömrəli qərarında dəyişiklik edilmiş, “Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı Qaydası”, “Naxçıvan Muxtar Respublikasında fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”, “İşsizlikdən sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatın təqdim olunması Qaydası” və “Naxçıvan Muxtar Respublikasında sığorta ödənişinin verilməsi Qaydası” təsdiq edilmişdir. Sonuncu Qaydaya görə sığorta ödənişini almaq hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və qanunvericiliklə müəyyən olunmuş qaydada Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər.İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq ilk 2 təqvim ayı üçün – 100 faiz, 3-4-cü təqvim ayları üçün – 80 faiz, 5-6-cı təqvim ayları üçün – 70 faiz dərəcəsinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir.

Bundan başqa, Nazirlər Kabinetinin 2018-ci il 30 yanvar tarixli qərarı ilə “Sədərək Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Nizamnaməsi” təsdiq edilmişdir.

Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.