Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün – 2 iyul “Azərbaycan Polisi Günü” elan olunmuşdur.
Azərbaycanda daxili işlər orqanlarının inkişafı ulu öndər Heydər Əliyevin xidmətləri nəticəsində mümkün olmuşdur. Ümummilli liderimiz 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra daxili işlər orqanlarına da dövlət qayğısı güclənmiş, Vətəninə və xalqına sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xü- susi diqqət yetirilmişdir. Bu dövrdən etibarən şəxsi heyətin milli dövlətçilik ideologiyası əsasında formalaşdırılmasına başlanılmışdır. Ölkəmiz müstəqillik qazandıqdan və ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdışından sonra isə hüquq-mühafizə orqanlarının yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur. Həyata keçirilən kadr islahatları peşəkarlığın artırılmasına, xidmətin səmərəli təşkilinə zəmin yaratmışdır. Qanunların aliliyinin təmin olunması, dövlətçilik prinsiplərinin ön plana çəkilməsi ölkədə cinayətkarlıqla mübarizənin möhkəm təməlini qoymuş, vətəndaşların dinc, rahat yaşamaları üçün lazımi şərait yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün ölkəmizdə sabitliyin və asayişin qorunması istiqamətində ardıcıl tədbirlər gö- rülür. Vətəndaşların məruz qala biləcəyi hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin həyata keçirilməsi, eləcə də ictimaiyyətlə əlaqələrin daha effektli təşkili məqsədilə “102” və “Təhlükəsiz şəhər” xidmətləri yaradılmışdır. Bütün bunlar cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanlarının əməkdaşlarına əlavə stimul vermişdir. Artıq ölkəmizin möhkəm təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuşinsan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının da mühüm xidmətləri vardır. Muxtar respublikamızda da polis orqanları diqqət və qayğı ilə əhatə olunmuşdur. Son illər Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi-texniki bazası ən müasir səviyyəyə çatdırılmış, fəaliyyətinin günün tələbləri səviyyəsində təşkili təmin edilmişdir. Ötən müddətdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin inzibati binası da daxil olmaqla, bütün ərazi polis orqanlarının inzibati binaları yenidən qurulmuş, xidməti avtomobillər yeniləri ilə əvəz edilmiş, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminat polisin işini daha da asanlaşdırmışdır. Bu gün Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, onun ayrı-ayrı strukturları üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməklə cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təmin olunması sahəsində zəruri tədbirləri hə- yata keçirirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman, sərəncam və tapşırıqları, qarşıya qoyduğu vəzifələr rəhbər tutularaq vətəndaşların və muxtar respublikanın qanuni mənafelərinin cinayətkar qəsdlərdən qorunması sahəsində tədbirlər davam etdirilir, daxili işlər orqanları üzərlərinə düşən çətin və məsuliyyətli missiyanı əzmkarlıqla yerinə yetirirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sıravi və Kiçik Rəis Heyəti hazırlayan Məktəbinin bazasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin yaradılması kadr hazırlığı işində mühüm əhə- miyyətə malik olmuşdur. Hazırda polis məktəbi üçün yeni binanın tikintisi aparılır. Bu gün muxtar respublikanın daxili işlər orqanları qarşıya qoyulan məqsədlərə nail olmaq üçün yeni iş metodları tətbiq edir, hüquqazidd əməllərin qarşısının alınmasında və ictimai təhlükəsizliyin tə- min edilməsində vətəndaş cəmiyyəti ilə əlaqələri möhkəmləndirir. Əhalinin müxtəlif təbəqələri və kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Artıq polis insan hüquqlarının əsas təminatçısına çevrilmiş, milli dəyərlərə hörmət və dövlət- çilik ənənələrinə sədaqəti fəaliyyətinin əsas istiqaməti kimi qəbul etmişdir. Hazırda muxtar respublikada cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qanunvericiliklə müəyyən edilmiş vəzifələr layiqincə yerinə yetirilir. Naxçıvan Muxtar Respublikasının polis orqanları cinayətlərin, inzibati xətaların və digər hüquqpozmaların qarşısının alınması istiqamətində fəaliyyəti gücləndirir. Ən müasir texniki avadanlıqlardan, informasiya texnologiyalarının son nailiyyətlərindən istifadə cinayətkarlığa qarşı mü- barizədə, ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında operativliyi artırmışdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet səhifə- sinin, elektron poçtunun və səyyar xidmətinin fəaliyyət göstərməsi isə işin səmərəli təşkilinə, eləcə də və- təndaşların rahatlığının təmin olunmasına və müraciətlərinin vaxtlı- vaxtında həllinə şərait yaratmışdır. Öz işini qanunçuluq, humanistlik, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi prinsipləri əsasında quran polis orqanları şəxsi heyətin peşə hazırlığı, mənəvi də- yərlərə ciddi riayət ruhunda tərbiyə olunması işini də diqqət mərkəzində saxlayır. Bununla yanaşı, muxtar respublikanın şəhər, rayon və kəndlərində, eləcə də ümumtəhsil məktəblərində mütəmadi olaraq görüşlər keçirilir, əhali arasında maarifləndirici söhbətlər aparılır. Ulu öndər Heydər Əliyev polis əməkdaşları qarşısında mühüm və- zifələr müəyyənləşdirərək demişdir: “Polis peşəsi ağır peşədir. O, bir tərəfdən yüksək vətəndaşlıq mə- suliyyəti, cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil və təcrübə tələb edir. Cinayətkarlığın qarşısının alınması, dövlətin yaratdığı bütün imkanlardan respublika vətəndaşlarının bəhrələnməsi üçün dinc şəraitin təmin edilməsi, asayişin və qanunçuluğun möhkəmləndirilməsi naminə polis daim öz peşəkar sə- viyyəsini yüksəltməli, gündəlik işini müasir tələblərə, beynəlxalq təcrübəyə və normalara uyğun qurmalıdır”. Naxçıvan Muxtar Respublikası- nın Daxili İşlər Nazirliyi qarşıya qoyulan vəzifələrin icrasında bundan sonra da səylə çalışacaq, xalqa, Və- tənə sədaqətlə xidmət edəcəkdir.