Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində ilkin hazırlıq kursunu bitirmiş 40 nəfər gənc əməkdaşın andiçmə mərasimi keçirilib.

Əvvəlcə mərasim iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edənlər daxili işlər orqanları əməkdaşlarının vətənə, xalqına və dövlətinə sədaqətli xidmətləri haqqında məlumat veriblər. Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm cənab Prezident İlham Əliyevin göstərdiyi ali diqqət və qayğıdan məmnunluq ifadə ediblər.

Sonra müvafiq qaydalara əsasən kursu bitirən gənc əməkdaşlar Dövlət bayrağı önündə “Polis andı”nı qəbul edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.