Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində keçirilən “Avropa günləri”ində iştirak etmək üçün muxtar respublikaya gələn Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüb. Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu bildirib, Naxçıvan şəhərində “Avropa günləri”nin keçirilməsini muxtar respublikaya olan etimadın və…