Sentyabrın 29-da Rusiya Federasiyasının İqtisadi  İnkişaf Naziri Maksim Oreşkin Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfər çərçivəsində o, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovla görüşüb.

Qeyd edək ki, Azərbaycan Rusiya münasibətləri yüksələn xətlə dinamik inkişaf edir. Bu həftə Rusiya prezidenti Vladimir Putinin ölkəmizə səfəri , keçirilən IX Regionlararası Forumda iştirakı bunu bir daha təsdiq edir. Qonşu ölkənin İqtisadi İnkişaf nazirinin Naxçıvana bu gün gerçəkləşən səfəri də iqtisadi və humanitar sahədə əlavə perspektivlər açır.