Məscid və mərasim evi istifadəyə verilib, dini icmalara xidməti avtomobillər təqdim edilib

Bu gün yaşayış məntəqələrində yeni məscid binalarının və mərasim evlərinin tikilməsi muxtar respublikada həyata keçirilən dövlət-din siyasətinin mühüm istiqamətlərindəndir. Dini və mənəvi dəyərlərimizin yaşadılmasına xidmət edən bu tədbir Babək rayonunda da uğurla həyata keçirilir. Oktyabrın 1-də Babək qəsəbəsində məscid və mərasim evi istifadəyə verilib, Naxçıvan şəhərinin, Şərur, Babək və Ordubad rayonlarının dini icmalarına xidməti avtomobillər…

Babək qəsəbəsində yeni yaşayış binası istifadəyə verilib

Ümummilli lider Heydər Əliyevin quruculuq strategiyasının mühüm nəticələrindən biri də Babək rayonunun yaradılmasıdır. Bu gün dahi şəxsiyyətin siyasi xəttinə sədaqət Babək rayonunu müasir yaşayış məntəqəsinə çevirib. Rayonda sosial-iqtisadi inkişaf təmin olunub, tikinti-quruculuq işlərinin həcmi genişlənib, məskunlaşma artıb.  Oktyabrın 1-də Babək qəsəbəsində gənc ailələr üçün tikilmiş yeni yaşayış binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul

Oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin muxtar respublikaya yeni təyin olunmuş Baş konsulu Məhmət Emin Kirazı qəbul edib. Ali Məclisin Sədri Məhmət Emin Kirazı muxtar respublikada Baş konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib. Naxçıvan Muxtar Respublikası ilə dost və qardaş Türkiyə arasında iqtisadi-ticarət, hərbi, mədəniyyət, təhsil və digər sahələrdə…