Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransı keçirilmişdir

Dekabrın 7-də Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransı keçirilmişdir. Konfrans iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuş, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər. Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla tanışlıqdan sonra abidə önündə xatirə şəkli çəkdirilmişdir. Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən konfransda Naxçıvan Muxtar Respublikası…

Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransının iştirakçılarına

Hörmətli müəllimlər! Sizi – Naxçıvan Muxtar Respublikasının müəllimlərini səmimi qəlbdən salamlayır, konfransa öz işində uğurlar arzulayıram. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə müəllim əməyinə daim yüksək qiymət vermiş, təhsilin inkişafını diqqətdə saxlamış, Azərbaycan müəllimi ölkəmizin ziyalı təbəqəsinin aparıcı qüvvəsinə çevrilmişdir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də bu siyasət uğurla…