Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb. Ali Məclisin Sədri Yaponiya hökumətinin dəstəyi ilə Ordubad rayonundakı Azadkənddə su təchizatı sisteminin inşası layihəsinin həyata keçirilməsini qarşılıqlı əlaqələrin nəticəsi kimi dəyərləndirib və səfirə təşəkkürünü bildirib. Ali Məclisin Sədri deyib ki, hər il muxtar respublikada…