Naxçıvanda yaz-tarla işlərinə hazırlıqla əlaqədar müşavirə keçirilib

Martın 14-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikada yaz-tarla işlərinə hazırlıqla əlaqədar səyyar müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək deyib ki, aqrar sahədə həyata keçirilən islahatlar və göstərilən dövlət dəstəyi muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsinə etibarlı zəmin yaradıb. İqtisadiyyatın real sektorunun əsas istiqamətlərini müəyyən edən dövlət…