Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunacaq

Naxçıvanda müalicə turizminin inkişafına geniş diqqət yetirilir. Bu sahədəki imkanlardan səmərəli istifadə olunur, yeni müalicə mərkəzləri fəaliyyətə başlayır. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksi yaradılacaqdır. Martın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tikinti aparılacaq əraziyə gəlib, kompleksin layihəsinə baxıb. Məlumat verilib ki, Darıdağ arsenli…

Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib

Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Yeni hərbi hissələr istifadəyə verilir, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması diqqətdə saxlanılır. Bu sahədə görülən işlərin davamı olaraq martın 9-da Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib. Ali Məclisin Sədri təlim mərkəzində yaradılan şəraitlə tanış olub. Bildirilib ki, təlim mərkəzi şəxsi heyətin…