Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

Kollegiyada ailə-məişət zəminində törədilən cinayətlərin qarşısının alınması və muxtar respublikanın avtomobil yollarında nəqliyyat qəzalarının baş verməsinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib. İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri general leytenant Fazil Ələkbərov açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov…

Mənzillər təqdim olunub

Martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün dövlətimiz tərəfindən sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçılarına…