Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Şahbuz rayonunda olub, sakinlərlə görüşüb, onların müraciətləri dinlənilib.
Əvvəlcə Şahbuz rayonundakı Şəhidlər Abidə Kompleksi və ümummilli lider Heydər Əliyevin büstü ziyarət edilib, gül dəstələri qoyulub.
Sonra görüşdə Şahbuz rayonundan olan 23 şəhid ailəsi üzvünün və qazinin, eləcə də 138 rayon sakininin müraciəti dinlənilib.