Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov qəbula gələn vətəndaşların problemlərinin həlli üçün idarə və şöbə rəislərinə müvafiq tapşırıqlar verib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qəbul üçün müraciət edən vətəndaşlar muxtar respublikanın daxili işlər naziri, polis polkovniki Süleyman Nemətov tərəfindən qəbul edilir.
Qeyd olunub ki, bütün müraciətlər diqqətlə yoxlanılır, uçot-qeydiyyatı aparılmaqla nəzarətə götürülür. Qəbula gələn 159 vətəndaşı dinləyən S.Neymətov onların problemlərinin həlli üçün baş idarə, idarə və şöbə rəislərinə müvafiq tapşırıqlar verib: “Müraciətlərin əksəriyyəti yerində həllini tapıb. Elə müraciətlər var ki, araşdırma tələb edir. Həmin araşdırmalar çərçivəsində müraciətlərin mahiyyətinə uyğun və nəticəsindən asılı olaraq müvafiq qərarlar qəbul ediləcək”.
Məlumatda vurğulanıb ki, muxtar respublikanın daxili işlər naziri vətəndaş qəbullarını davam etdirir.