Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilmişdir.
Tədbirdə Türkiyənin işğaldan azad edilməsi, Cümhuriyyətin qurulması və 44 günlük Vətən müharibəsində canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan və Türkiyə Respublikalarının Dövlət Himnləri səsləndirilmişdir.
Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin KirazTürkiyə CümhuriyyətininPrezidenti Rəcəb Təyyib Ərdoğanın Cümhuriyyətin 98-ci ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi məktubuoxumuşdur.Sonra baş konsul builkicümhuriyyət bayramının əhəmiyyətini vurğulayaraq demişdir ki, Azərbaycanın işğala son verərək torpaqlarını azad etməsindən sonra qeyd etdiyimiz ilk bayramdır. Cümhuriyyətimizin qurucusu qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” ifadəsini rəhbər tutaraq İkinci Qarabağ müharibəsində də Azərbaycanın yanında olduq, şəhidlər üçün birlikdə kədərləndik, torpaqların azad olunmasına birlikdə sevindik. 44 gündən sonra Azərbaycanın tarixi zəfərini də birlikdə qeyd etdik. Ölkə Prezidentləri 15 iyun 2021-ci il tarixdə Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada dostluq və qardaşlığımızı gücləndirəcək, əlaqələrin daha da inkişafınasəbəb olacaqŞuşa Bəyannaməsini imzaladılar. Bu gün Türkiyə-Azərbaycan əlaqələri yalnız iki ölkəyə deyil, bölgədə sülh və sabitliyə xidmət etməkdədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyənin müstəqillik bayramı – Cümhuriyyət elan edilməsinin 98-ci ildönümü münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edərək demişdir: Dövlətçilik ənənələri olmadan müstəqilliyə nail olmaq və onu qoruyub saxlamaq mümkün deyil. Ötən 98 ildə Türkiyə Cümhuriyyəti müstəqilliyini və dövlətçiliyini möhkəmləndirərək dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilmişdir. Milli liderlərimiz Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən bir millət, iki dövlət səviyyəsinə yüksəldilmiş Azərbaycan-Türkiyə dostluq və qardaşlığı bu gün regionda əmin-amanlığın və sabitliyin təminatıdır. Vətən müharibəsində Türkiyə dövlətinin Azərbaycana göstərdiyi siyasi dəstək bunun bariz ifadəsidir. Beynəlxalq Qars müqaviləsinə əsaslanan siyasi müttəfiqliyimiz 100 ildən sonra Şuşa bəyannaməsi ilə bir daha təsdiq olunmuş, həm ikitərəfli münasibətlərimiz, həm də regional əməkdaşlığımız yeni mərhələyə yüksəlmişdir. Azərbaycan-Türkiyə əlaqələrindən danışarkən Naxçıvan Muxtar Respublikasının bu əlaqələrdə iştirakı və strateji əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Hazırda muxtar respublika ilə Türkiyə arasında bir çox istiqamətlər üzrə davam edən əməkdaşlıq məmnunluq doğurur.
Ali Məclisin Sədri ikitərəfli münasibətlərdə Türkiyənin Naxçıvandakı Baş Konsulluğunun fəaliyyətini qeyd edərək Cümhuriyyət bayramı münasibətilə qardaş Türkiyə xalqını bir daha təbrik etmiş, çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlamışdır: “Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il oktyabrın 26-da Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlıq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Mehmet Emin Kirazın “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif olunması haqqında Sərəncam imzalamışdır.
Tədbirdə Ali Məclis Sədrinin Sərəncamı oxunmuşdur.
Ali Məclisin Sədri “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı və vəsiqəsini Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Məhmət Emin Kiraza təqdim etmişdir.
Məhmət Emin Kiraz bu təltifi Baş konsulluq və Naxçıvandakı Türkiyə Silahlı Qüvvələri nümayəndələri adından aldığını bildirmiş vəminnətdarlıq etmişdir.