Həmin gün Şərur şəhərində “28 May” və “Nizami” küçələrini birləşdirən yeraltı piyada keçidi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeraltı piyada keçidinin açılışında iştirak edib.
Məlumat verilib ki, uzunluğu 66, eni 2,6, hündürlüyü isə 2,1 metr olan keçidin möhkəmləndirilməsi üçün tunelin yan divarlarına və örtüyünə dəmir-beton qatı verilib, membranla izolyasiya olunub. Keçiddə müasir işıqlandırma sistemi quraşdırılıb, hər iki giriş pilləkəninin üzəri metal konstruksiya ilə örtülüb.
Ali Məclisin Sədri keçiddə təmizliyə riayət olunması barədə tapşırıq verib.