Muxtar respublikanın kəndlərində aparılan quruculuq işlərinin ən mühüm cəhətlərindən biri də yolların abadlaşdırılmasıdır. Yenidən qurulan kənd yolları yaşayış məntəqələrinin inkişafında əsas vasitəyə çevrilib.
Sentyabrın 30-da Kültəpə kənd avtomobil yolu istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, kənddə tikinti işləri aparılarkən 8,9 kilometrlik avtomobil yolu da yenidən qurulub.
Yol yatağı genişləndirilib, keyfiyyətli asfalt örtük salınıb, 85 su keçidi qoyulub, 1325 metrlik beton kanal çəkilib. Həmçinin 700 metr kənddaxili yol yenidən qurulub, qum-çınqıl qatı verilib.