Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, dövlət himni səsləndirilmişdir.

Tədbir iştirakçıları “Ümummilli lider Heydər Əliyev və Azərbaycan polisi” mövzusunda çıxış etmiş, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən, Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına verdiyi töhfələrdən ətraflı məlumat vermiş, dahi rəhbərin sönməz ideyalarının və şərəfli ömür yolunun gənc polis zabitləri üçün Vətənə layiqli xidmət nümunəsi, əsl həyat örnəyi olduğunu vurğulamışlar.

Sonda  tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən muzeylə tanış olmuşlar.