DİN-nin OİPM-də ilkin hazırlıq kursunu bitirmiş gənc əməkdaşların andiçmə mərasimi keçirilmişdir. Tədbirdə Naxçıvan MR daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov iştirak etmişdir. İlk öncə ulu öndərin, vətən müharibəsi şəhidlərinin və xidmət zamanı həyatını itirmiş həmkarlarımızın əziz xatirəsi etiramla yad edilmiş və dövlət himni səsləndirilmişdir. Andiçmə mərasimində çıxış edən nazir, gənc polislərə Azərbaycan Respublikasının daxili işlər naziri general polkovnik cənab Vilayət Eyvazovun salamını və təbrikini çatdırmış, Azərbaycan Respublikası prezidenti, silahlı qüvvələrin müzəffər ali baş komandanı cənab İlham Əliyevin daxili işlər orqanlarına göstərdiyi yüksək diqqət və qayğıdan danışmışdır. Sonra DİN-nin veteranlar şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənovun və OİPM-nin rəisi polis polkovniki Kamil Məmmədəliyevin də çıxışları dinlənilmişdir. Tədbirdə gənc əməkdaş, şəhid yoldaşı Gülnar Rzayeva çıxış edərək yaradılan yüksək şəraitə görə Dövlət Başçısına və Azərbaycan Respublikası Daxili İşlər Naziriyinin rəhbəliyinə kurs yoladaşları adından minnətdarlıq etmişdir. Sonra gənc əməkdaşlar polis andını qəbul etmişler. Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatmışdır. Tədbirdən sonra nazir, dinləyici və kursantlar üçün yaradılan şəraitlə yaxından tanış olmuş, həmin şəraitdən daha səmərəli istifadə olunması üçün tövsiyyə və tapşırıqlarını vermişdir.