Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vələver kəndində xidmət mərkəzinin də açılışını edib.

Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları və anbar yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılıb, 5 nəfər işlə təmin olunub.

Ali Məclisin Sədri yerli istehsal məhsullarının satışına üstünlük verilməsi  barədə tapşırıqlar verib.

* * *

Vələver kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Kənddə 890 metr fiber-optik, 540 metr yeraltı, 1050 metr hava kabel xətti çəkilib. Həmçinin elektrik təsərrüfatı tamamilə yenilənib, 33 dayaq basdırılıb, 2200 metr məsafədə məftil naqillər izolyasiyalı kabellərlə, 500 metr məsafədə məftil naqillər yeraltı kabel xətləri ilə əvəz olunub. Bundan başqa 230 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilib, 1632 poqonometr qaz xəttində dəmir borularla təmir-bərpa işləri aparılıb. Eyni zamanda kənddə mövcud kaptajın 60 metrlik hissəsi təmir edilib, 15 metr yeni kaptaj tikilib, sugətirici ana xəttin 150 metr hissəsində təmir-bərpa işləri görülüb.