Yanvar ayının 21-də Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri general-leytenant Fazil Ələkbərov ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün muxtar respublikaya təyin olunmuş ATƏT-in uzunmüddətli müşahidə qrupunun rəhbəri İnqo Büttner və müşahidə qrupunun üzvü Elizaveta Borisova ilə görüşüb.

Görüşdə parlament seçkiləri ərəfəsində, eləcə də seçki günü təhlükəsizliyin və ictimai asayişin qorunmasında polisin rolu və daxili işlər orqanlarının üzərinə düşən vəzifələr müzakirə olunub.

Daxili İşlər Nazirliyinin

  Mətbuat Xidməti