Neçə illərdir ki, naxçıvanlılar az qala hər gün bir yeniliyin şahidi olurlar. Bu, muxtar diyarımızda yaradılan sabitliyin, nail olunmuş sosial-iqtisadi inkişafın bəhrəsi kimi hər birimizi ürəkdən sevindirir, qurub-yaratmaq əzmimizi yüksəldir. Bu inkişafın bütün sahələri əhatə etməsi isə göz qabağındadır. Ötən ilinmart ayında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin “Orta İxtisas Polis
Məktəbinin yaradılması haqqında” muxtar respublika rəhbərinin imzaladığı Fərman hamının ürəyincə oldu. Bu sahə üzrə təhsil almaq
arzusunda olanlar bəzi çətinliklərlə qarşılaşır, başqa yerlərdə təhsil almaq üçün əlavə xərc çəkmək məcburiyyətində qalırdılar. Artıq onların arzuları reallığa çevrilib. Mənim oğlum Arzu Hüseynov da onların sırasındadır. O, hazırda həmin məktəbin I kursunda təhsil
alır. Gənclərə böyük dövlət qayğısının daha bir ifadəsidir ki, məktəbdə təhsil ödənişsizdir. Məktəbi bitirdikdən sonra onlara zabit
rütbəsi veriləcək və nazirliyin tabeliyində olan qurumlarda işlə təmin ediləcəklər. Bu yaxınlarda mən bir valideyn kimi oğlumun təhsil aldığı məktəbdə oldum. Burada yaradılmış yüksək şərait məni də sevindirdi. Müasir tələblərə cavab verən tədris korpusu məktəbdə
gənclərin peşəkar kadr kimi yetişmələrinə imkan verib. Onların məişət şəraiti də yüksək səviyyədə təmin edilib. Burada istifadəyə verilmiş yeməkxana və yataqxana, yataqxanada dərzi və bərbər otaqları, hamam və camaşırxana gənclərə yaxşı yaşamaq və mükəmməl təhsil almaq üçün geniş imkanlar açıb. Xahiş edirəm ki, məktubumu dərc etməklə gənclərə yaradılmış belə şəraitə görə muxtar respublika rəhbərinə valideynlər adından dərin minnətdarlığımı çatdırasınız.