Naxçıvan karateçiləri ölkə və beynəlxalq yarışlarda 172 medal qazanıb

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrə dair iclas keçirilib. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədr müavini Nəriman Quliyev 2019-cu ildə Federasiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, ötən il Federasiya idmançıları ölkə və beynəlxalq yarışlardan müxtəlif  əyarlı 172 medal qazanıblar. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri…

Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib

Yanvarın 28-də Babək Rayon Baytarlıq İdarəsinin yeni binasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək deyib ki, aqrar sahədə sistemli şəkildə həyata keçirilən kompleks islahatlar və göstərilən dövlət dəstəyi nəticəsində muxtar respublikada əhalinin kənd təsərrüfatı məhsullarına olan…