Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinə 2020-2021-ci tədris ili üçün kursant qəbuluna dair elan

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Orta İxtisas Polis Məktəbinə əyani təhsil üzrə kursant qəbulu üçün müsabiqə elan edir. Müsabiqədə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin və “Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin Nizamnaməsi”nin tələblərinə uyğun olaraq Azərbaycan dilini sərbəst bilən, tam orta təhsilli, boyu azı 170 sm, yaşı 30-dan çox, 20-dən az olmayan və müddətli həqiqi hərbi xidmət…