Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində aparılan kadr islahatından sonra vətəndaşların qəbulu, şikayət və ərizələrinə baxılması, problemlərinin həll edilməsi üçün nəzarətə götürülməsi işinə ciddi yanaşılır. Yanvarın 9-da Culfa Rayon Polis Şöbəsinin inzibati binasında növbəti belə tədbir keçirilib. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Süleyman Neymətov 63 nəfəri şikayətlərinin öyrənilməsi üçün qəbul edib, onların  problemlərinin həlli üçün  idarə və şöbə rəislərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, müraciətlərin əksəriyyətinin həllinə baxılıb. Digər müraciətlər isə araşdırma tələb etdiyi üçün  icraat üçün nəzarətə götürülüb. Araşdırmalar çərçivəsində müraciətlərin mahiyyətinə uyğun və nəticəsindən asılı olaraq müvafiq qərarlar qəbul olunacaq.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən analoji tədbirlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.