Bu gün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və DİN-in şəxsi heyəti 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, unudulmaz və müqəddəs xatirələrini yad ediblər.