Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Dünya Şotokan Federasiyanın birinci vitse-prezidenti seçilib

Dünya Şotokan Federasiyasının prezidenti Esat Delihasanın rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Naxçıvan Muxtar Respublikasında səfərdə olublar. Səfər çərçivəsində əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyulub, ulu öndərin xatirəsi dərin ehtiramla yad edilib. Qonaqlar Heydər Əliyev Muzeyini ziyarət edərək ümummilli…

Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib

Muxtar respublikada qurulan qapalı suvarma şəbəkələri kənd yerlərində əhalinin məşğulluğunun təmin olunmasına mühüm töhfə verir. Son illər istifadəyə verilən qapalı suvarma şəbəkələri hesabına 5 min hektara yaxın yeni torpaq sahələri əkin dövriyyəsinə qatılıb. Dekabrın  6-da Şahbuz rayonunun Türkeş kəndində yeni qapalı suvarma şəbəkəsi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  bu münasibətlə…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ticarət nazirinin müavini Rza Tuna Turaqayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri qonaqları salamlayıb, Naxçıvanla əlaqələrin inkişafına və nümayəndə heyətinin səfərinə verdiyi dəstəyə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana hörmət və ehtiramını bildirib. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1992-ci…