Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir“. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm sektorunda da sürətli inkişafa nail olunub. Şahbuz rayonunun Ağbulaq kəndi ölkəmizdə kompleks turizm infrastrukturunun tətbiq olunduğu…

Naxçıvan Dövlət Universitetində yeni mərkəz, kabinə və laboratoriyalar yaradılıb

Fevralın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Dövlət Universitetində yeni yaradılmış mərkəz, kabinə və laboratoriyalara baxıb. Bildirilib ki, Ali Məclis sədrinin tapşırığı ilə Beynəlxalq münasibətlər və hüquq fakültəsində “Diplomatiya mərkəzi” və “Kriminalistika” laboratoriyası, Pedaqoji fakültədə “Texnologiya mərkəzi” və “Atıcılıq mərkəzi”, Memarlıq və mühəndislik fakültəsində “Robototexnika” laboratoriyası, Tibb fakültəsində “Əczaçılıq Simulyasiya” kabinəsi…

Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsinin yeni tədris korpusu istifadəyə verilib

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və bu dili sevməlidir. Bununla yanaşı, biz çalışmalıyıq ki, məktəblərimizdə, universitetlərimizdə gənclərimiz bir neçə dil öyrənsinlər. Biz artıq dünyaya qovuşmuşuqsa, dünya birliyinə daxil olmuşuqsa, gərək insanlarımız bir neçə dil bilsinlər”. Ulu Öndərin ideyaları ölkəmizdə, eləcə də muxtar respublikada uğurla…

Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümü qeyd olunub

Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümünü qeyd olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasından 97 il ötür. Naxçıvanın qədim və zəngin dövlətçilik tarixi vardır. 5-7 minillik şəhərsalma mədəniyyətinə malik olan Naxçıvanda yeddinci əsrdə müstəqil idarəçilik formalaşmış, onuncu əsrdə Naxçıvan Şahlığı feodal…

Qərargah binası, təlim meydanı və Türkiyə-Naxçıvan Dostluq Parkı istifadəyə verilib

Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün istifadəyə verilən yeni qərargah binasında və Türkiyə-Naxçıvan Dostluq Parkında yaradılan şəraitlə tanış olub. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib. Məlumat verilib ki, ümumi sahəsi 3600 kvadratmetr olan ərazidə inşa edilən 3 mərtəbədən ibarət…

Naxçıvanda Vətən müharibəsi iştirakçıları ilə görüş olub
Yeni yaradılan hərbi hissələrə döyüş bayraqları təqdim edilib

Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Vətən müharibəsi iştirakçıları ilə görüşüb, yeni yaradılan hərbi hissələrə döyüş bayraqlarını təqdim edib. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov şəxsi heyəti salamlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Naxçıvan Əlahiddə Ümumqoşun Ordu…

Ordubad Cümə məscidi bərpa olunur

Muxtar respublikada dini-mədəni dəyərlərimizə qayğı ilə yanaşılır, ziyarətgahlar və qədim məscidlər bərpa olunur. Ordubad şəhərindəki qədim Cümə məscidində də bərpa işləri aparılır. Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpası ilə maraqlanıb. Məlumat verilib ki, məscidin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə əks etdirir. Bərpa…

Yuxarı Əndəmic kəndində xidmət mərkəzi üçün lazımi şərait yaradılıb

Həmin gün yeni xidmət mərkəzinin də açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində yaradılan şəraitlə tanış olub. Məlumat verilib  ki, mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi yeri və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 sakin işlə təmin olunub.…

Yuxarı Əndəmic kənd həkim ambulatoriyası müasir səhiyyə ocağına çevrilib

Bu gün ölkəmizdə səhiyyənin inkişafı dövlət siyasətinin əsas istiqamətini təşkil edir. Muxtar respublikamızda da müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. İnsan amilinə verilən dəyərin ifadəsi olan bu tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edir, yeni səhiyyə ocaqlarının inşası insanların sağlamlığının qorunması üçün geniş imkanlar açır. Fevralın 5-də Yuxarı Əndəmic…

Yuxarı Əndəmic kəndində dövlət qurumları müasir binada fəaliyyət göstərəcək

Fevralın 5-də Yuxarı Əndəmicdə yeni kənd mərkəzinin açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, mədəniyyət evi, statistika otağı, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal vardır.…