Naxçıvanda yeni kənd təsərrüfatı texnikaları və avadanlıqlarının təqdimatı olub

Muxtar respublikada kənd təsərrüfatının prioritet sahə kimi müəyyənləşdirilməsi yerli istehsalın həcminin artmasına, ixrac imkanlarının yaradılması və əhalinin məşğulluğunun təmin olunmasına şərait yaradıb. Bu gün torpaq mülkiyyətçiləri və fermerlərin, həmçinin ailə təsərrüfatçılarının müasir kənd təsərrüfatı texnika və texnoloji avadanlıqları ilə təmin olunması da məhsul istehsalında rentabelliyi artıran əsas tədbirlərdəndir. Aqrar sahədə müasir texnologiyaların tətbiqi məhsulun itkisiz…