Daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinə

Əziz həmkarlar! Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sizi, həmçinin hörmətli veteranlarımızı, vəzifə borcunu yerinə yetirərkən şəhid və həlak olmuş əməkdaşlarımızın və hərbi qulluqçularımızın ailə üzvlərini ürəkdən təbrik edirəm. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Ulu Öndərin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun müvəffəqiyyətlə inkişaf etdirilməsinin və…