Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni inzibati binası istifadəyə verilib

Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni inzibati binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov çıxış edərək deyib ki, muxtar respublikada yol infrastrukturunun idarəçiliyi sistemi böyük inkişaf yolu keçib, yol təsərrüfatının yenidən qurulması istiqamətində…

Nehrəm İmamzadəsi bərpa olunub

Ümummilli liderimiz Heydər Əliyev “Yeni 2001-ci il, yeni əsr və üçüncü  minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə deyirdi: “Biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. Bu…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib

Müstəqil Azərbaycanda demokratik seçki sisteminin yaradılması seçkilərin ədalətli və şəffaf şəraitdə keçirilməsinə, mövcud sabitlik və inkişaf isə insanların seçkilərdə fəal iştirakına imkan verir. Aprelin 11-i ölkəmizdə növbəti prezident seçkiləri günüdür. Muxtar respublikada seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb. 7 seçki dairəsi üzrə 292 açıq və 24 qapalı seçki məntəqəsi yaradılıb, məntəqələrdə veb-kameralar…

Naxçıvan şəhərində zinət əşyaları hazırlayan fabrik fəaliyyətə başlayıb

Aprelin 9-da Naxçıvan şəhərində “Miraj Gold” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan qızıl və gümüş zinət əşyaları hazırlayan fabrik istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müəssisənin açılışını bildirən lenti kəsib. Naxçıvan Muxtar Respublikasının iqtisаdiyyat nаziri Famil Sеyidоv çıxış edərək deyib ki, bu gün Naxçıvan şəhərində “Miraj Gold” Məhdud Məsuliyyətli Cəmiyyətinin zinət əşyaları…

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İranın Xarici İşlər Naziri ilə görüşüb

Aprelin 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb. Ali Məclisin Sədri dəvətini qəbul edib Naxçıvan Muxtar Respublikasına səfər etdiyinə görə Məhəmməd Cavad Zərifə təşəkkür edib. Ali Məclisin Sədri ötən il İran İslam Respublikasına səfəri zamanı göstərilən qonaqpərvərliyə, eləcə də səfərdən ötən qısa…

Ordubad dəmir yolu stansiyası kompleks quruculuq işlərindən sonra istifadəyə verilib

Aprelin 2-də  “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ordubad dəmir yolu stansiyası kompleks quruculuq işlərindən sonra istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açılış tədbirində iştirak ediblər. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin  direktoru Mahir Əliyev çıxış edərək deyib ki, muxtar respublikada…

Naxçıvanda azərbaycanlıların soyqırımının 100-cü ildönümü qeyd edilib

Martın 30-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümü ilə əlaqədar tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov abidə önünə gül qoyub, soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edib. Nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri, ictimaiyyətin nümayəndələri də abidə önünə gül qoyublar.…

Ali Məclisin Sədri Fərman imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 27-də “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik…

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

Azərbaycan xalqı insanın yaranışı və təbiətin oyanışı ilə bağlı təsəvvürlərini Novruz bayramında ümumiləşdirərək zəngin dəyərlər sistemi yaradıb. Novruz bayramı tarixi-mədəni keçmişimizə yüksək ehtiramın, milli dəyərlərimizə dərin bağlılığın ifadəsidir. Buna görədir ki, ulu öndərimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində Novruz ənənələrinin yaşadılması qayğısına qalıb, bu bayramı milli varlığımızın və müstəqil dövlətçiliyimizin rəmzinə çevirib. Ölkə Prezidenti…

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin hərbi attaşesi Naxçıvan Muxtar Respublikasına səfərə gəlib

Martın 14-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin hərbi attaşesi Əli Seyf Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Səfər çərçivəsində qonaq martın 15-də əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyində olub. Dahi şəxsiyyətin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ulu öndərimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri,…