Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni binası istifadəyə verilib
Martın 11-də Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının binasında yaradılan şəraitlə tanış olub. Naxçıvan Muxtar Respublikası “Radio-Televiziya Ötürücü Mərkəzi” publik hüquqi şəxsin direktoru Hikmət Əhmədov məlumat verərək deyib ki, muxtar respublikanın davamlı inkişafı teleradio yayımı sahəsini də əhatə edib, rəqəmsal televiziya şəbəkələrinin…