Naxçıvanda Duz Muzeyi istifadəyə verilmişdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il sentyabrın 12-də “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” Sərəncam imzalamışdır. Ötən müddətdə sərəncamın icrası istiqamətində tədbirlər görülmüş, “Duzdağ” otelində Naxçıvan Duz Muzeyi yaradılmışdır. Aprelin 25-də Naxçıvan Duz Muzeyi istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin…