Naxçıvan muzeyləri ziyarət olunub
Ötən şənbə günü Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının əməkdaşları “Əlincəqala” Muzeyi və tarixi abidəsini ziyarət ediblər. Məlumat verilib ki, muzey binası 2 iş otağı və ekspozisiya zalından ibarətdir. Ekspozisiya zalında Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, qəzet məqalələri, qalanın bərpadan əvvəl, bərpa zamanı…