Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Martın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ankara, Qazi və İstanbul Texnik universitetlərinin rektorları ilə görüşüb. Ali Məclisin Sədri qardaş Türkiyənin ilk yerlərdə olan universitet rektorlarının Naxçıvana səfərindən məmnunluğunu bildirib, Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığa görə qonaqlara təşəkkür edib. Azərbaycan-Türkiyə strateji tərəfdaşlığına toxunan Ali Məclisin Sədri təhsil sahəsindəki əməkdaşlığa diqqəti…

Dövlət Yol Polisi İdarəsinin fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib

Martın 30-da Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov açıb. Tədbirdə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polkovnik Rəşad İsmayılov…

Naxçıvanda dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib

Martın 29-da Naxçıvan Muxtar Respublikasında dini-mənəvi dəyərlər sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib: Dini-mənəvi dəyərlər hər bir mütərəqqi cəmiyyət üçün vacib sahədir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “İnsanlar dövlətimizi, mənəviyyatımızı qorumalıdırlar. Biz gərək mənəvi saflıq uğrunda mübarizə aparaq. Yalnız və…

Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib

İnsanlarda ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa məhəbbət hissi oyadan Novruz bayramının hər il Naxçıvan Muxtar Respublikasında quruculuq, əmin-amanlıq və sabitlik şəraitində qeyd olunması ümummilli liderimiz Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Artıq iki ildir ki, milli birliyimizin təcəssümü olan  Novruz bayramı həm də Zəfər ovqatı ilə qarşılanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Haqq…

Naxçıvanda şəhid ailələrinə və qazilərə mənzillər və avtomobillər təqdim olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik”. Bu gün muxtar respublikada şəhid…

Naxçıvan Muxtar Respublikasında təltiflərin təqdimatı olub

Martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası medallarının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının, eləcə də “Rəşadətli əməyə görə” nişanının təqdimat mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanlara çalışdıqları sahələrdə fərqləndiklərinə və göstərdikləri xidmətlərə görə təşəkkürünü bildirib, fəaliyyətlərində uğurlar arzulayıb və qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. Sonra…

Polis sahə inspektorlarının fəaliyyətinin yeni tələblərə uyğunlaşdırılması ilə bağlı tədbir keçirilib, sahə inspektorları üçün xidməti çantaların təqdimatı olub

Martın 1-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Polis sahə inspektorlarının fəaliyyətinin yeni tələblərə uyğunlaşdırılması ilə bağlı tədbir keçirilib, sahə inspektorları üçün xidməti çantaların təqdimatı olub. Tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov açıb. Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, polis polkovniki Rəşad İsmayılov çıxış edərək muxtar respublikada…

Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” 2022-ci il 28 yanvar tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində Xocalı soyqırımının otuzuncu ildönümü münasibətilə tədbirlər keçirilir. Fevralın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə Kompleksini ziyarət edib, abidə önünə…

Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib

Fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq təsərrüfat ayı olan martda təmizlik, abadlıq, yaşıllaşdırma və təsərrüfat işləri, eyni zamanda milli-mənəvi dəyərlərimizlə bağlı qarşıda duran vəzifələri diqqətə çatdırmışdır. Müşavirədə Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev,…

Kəngərli Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada baytarlıq təbabətinin inkişafı istiqamətində tədbirlər həyata keçirilir, baytarlıq xidmətinin maddi-texniki bazası gücləndirilir. Fevralın 22-də Kəngərli Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası…