Sakinlərə hərtərəfli səhiyyə xidməti göstəriləcək

Muxtar respublikanın kəndlərində müasir tibbi avadanlıqlarla təchiz olunmuş həkim ambulatoriyalarının istifadəyə verilməsi insan amilinə göstərilən diqqətin daha bir ifadəsidir. Sentyabrın 30-da Kültəpə Həkim Ambulatoriyasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb. Bildirilib ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriyada 8 xidməti otaq, o…

Kültəpə Kənd Mərkəzi istifadəyə verilib

Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kültəpədə kənd mərkəzinin açılışını edib. Bildirilib ki, kənd mərkəzində rabitə evi, kitabxana, polis sahə və baytarlıq məntəqələri, statistika otağı, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, poçt bölməsi, arxiv və 66 yerlik zal yerləşir. Kitabxanada 4426 ədəbiyyat vardır. Onlardan 1666-sı latın, 2760-ı isə kiril…

Tarixi kənd müasir inkişaf mərhələsində
Babək rayonunun Kültəpə kəndində yeni sosial obyektlər istifadəyə verilib

Naxçıvan kəndləri bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Babək rayonunun Kültəpə kəndi də abadlaşıb, müasir infrastruktur yaradılıb. Bu il kəndin quruculuq tarixinə yeni səhifələr yazılıb, məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib, avtomobil yolu yenidən qurulub. Quruculuq işləri kənddə insanların rahat yaşayışına, təsərrüfat sahələrinin daha da genişlənməsinə səbəb olub. Kültəpə kənd tam…

Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçirilib

2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunub. Naxçıvanın ən qədim təsərrüfat sahələrindən biri də arıçılıqdır. Zəngin bitki örtüyü və təbii şərait yüksək keyfiyyətli bal istehsalına, göstərilən dövlət qayğısı və dəstəyi isə arıçılıq təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olub. Hər il Naxçıvan şəhərində keçirilən “Arıçılıq məhsulları-bal festivalı” da arıçılar üçün geniş imkanlar açır. Sentyabrın…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində media nümayəndələri ilə görüş keçirilib

sentyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun müşahidə şurasının ilk iclası və media nümayəndələri ilə görüş keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbiri açaraq deyib ki, 2019-cu il sentyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi…

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb. Ali Məclisin Sədri səfiri salamlayıb, Azərbaycan-Gürcüstan əlaqələrinin müxtəlif istiqamətlərdə inkişaf etdiyini bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ikitərəfli əlaqələrdəki rolundan bəhs edən Ali Məclisin Sədri bunu səmərəli əməkdaşlığın nəticəsi kimi dəyərləndirib. Zurab Pataradze göstərilən diqqətə görə…

Naxçıvan şəhərində Milli Dəyərlər Muzeyi fəaliyyətə başlayıb

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Biz milli dəyərlərimizi qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqdan keçmiş bu dəyərlər ruhunda tərbiyələndirməliyik”. Ulu Öndərimiz ölkəmizə rəhbərliyi dövründə milli dəyərləri milli dövlət quruculuğunun aparıcı elementinə çevirib. Bu gün müstəqil Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında milli dəyərlərimiz qorunub yaşadılır. Sentyabrın 23-də Naxçıvan şəhərində yeni fəaliyyətə başlayan Milli…

Turizm Departamenti üçün müasir iş şəraiti yaradılıb

Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tarixi binada fəaliyyət göstərəcəkdir. Sentyabrın 23-də bu münasibətlə tədbir keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Turizm Departamenti üçün müasir iş şəraitinin yaradıldığını bildirib, bu münasibətlə kollektivi təbrik edərək deyib: Bu gün muxtar respublikanın turizm potensialının artırılması istiqamətində lazımi işlər görülür. Tarixi abidələrin bərpası və milli dəyərlərimizin qorunub…

Cəmşid Naxçıvanski Muzeyi istifadəyə verilib

Sentyabrın 23-də Naxçıvan şəhərində Cəmşid Naxçıvanski Muzeyi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Ali Məclisin Sədri Azərbaycanın görkəmli hərb xadimi, Azərbaycan ilk milli atıcı diviziyasının komandiri olmuş general Cəmşid Naxçıvanskinin adını daşıyan muzeyin yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, muzeyin qurulmasında əməyi olanlara təşəkkürünü bildirərək…

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində müşavirə keçirildi

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub. Müşavirədə Daxili işlər naziri general-leytenant Fazil Ələkbərov bildirib ki, muxtar respublikamızda ümummilli lider Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Ali Məclisin Sədri cənab Vasif Talıbovun həyata keçirdiyi siyasi strategiya nəticəsində hərtərəfli inkişafa nail olunub. Uğurla tətbiq edilən…