Kənddə müasir həkim ambulatoriyası fəaliyyətə başlayıb
Noyabrın 30-da Qazançı kəndində həkim ambulatoriyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, tibbi xidmətin təşkili ilə maraqlanıb. Bildirilib ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriya 12 otaqdan – baş həkim, stomatoloq üçün kabinə, fizioterapiya kabinəsi, palata, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat, aptek, mama, tibb bacısı və feldşer otaqlarından…