Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə nümayəndə heyəti ilə görüşüb
Noyabrın 3-də Türkiyənin Baş naziri olmuş Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına gəlib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri qonaqları salamlayıb və onları Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirərək deyib: Qədim tarixi köklərə malik olan dostluq və qardaşlıq münasibətlərimiz, milli…