Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak ilə görüşüb. Ali Məclisin Sədri Naxçıvanda keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektorun rolunun artırılması” mövzusundakı tədbirə görə qonağa təşəkkürünü bildirib. Azərbaycan ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı…